Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında dissertasiya işi müdafiə edildi

  • Oxunub 2145 dəfə

 “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində dəniz nəqliyyatının səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiya işi İqtisadiyyat İnstitutunda yerinə yetirilib

  Martın 16-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda Yadigarov Təbriz Abdulla oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində dəniz nəqliyyatının səmərəliliyinin yüksəldilməsi” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.e.d. Fuad Qənbərov və i.f.d. Ələsgər Sarıyev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Təbriz Yadigarov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi.

 Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Rəna Sultanova və i.f.d., dos. Habil Aslanov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Texniki Universitetinin “Sənaye iqtisadiyyatı və menecment” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı T.Yadigarov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi.

 İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda T.Yadigarovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar

T.A.Yadigarov “Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrində dəniz nəqliyyatının səmərəliliyinin yüksəldilməsi”