İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında dissertasiya işi müdafiə edildi
- Oxunub 1071 dəfə
“Azərbaycan Respublikasının inzibati-rayon bölgüsünün təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması” mövzusunda dissertasiya işi İqtisadiyyat İnstitutunda yerinə yetirilib
Martın 30-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan iclasda İlqar Maqsud oğlu Vəlizadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının inzibati-rayon bölgüsünün təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.e.d., prof. Əli Nuriyev). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra İlqar Vəlizadə dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Elşad Məmmədov və i.f.d., dos. Arzu Hüseyn mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı İ.Vəlizadə opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda İ.Vəlizadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar
İlqar Maqsud oğlu Vəlizadə “Azərbaycan Respublikasının inzibati-rayon bölgüsünün təkmilləşdirilməsi və iqtisadi səmərəliliyin artırılması”