Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan iqtisadiyyatının makromaliyyə sabitliyinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 1173 dəfə

 Aprelin 20-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Tərbiz Əliyevin sədrliyi ilə keçirilən iclasda Bəhruz Natiq oğlu Əhmədovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan iqtisadiyyatının makromaliyyə sabitliyinin qiymətləndirilməsi”  mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər i.e.d., prof. Nazim Müzəffərli). Dissertasiya işi  Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yerinə yetirilib.

  İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Bəhruz Əhmədov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Akif Musayev və i.f.d. Şaiq Adıgözəlov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Bakı Dövlət Unversitetinin “İqtisadiyyat və idarəetmə” kafedrasdır.

İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı B.Əhmədov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda B.Əhmədovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

Avtoreferatla aşağıdakı linki yükləməlkə tanış olmaq olar

Bəhruz Natiq oğlu Əhmədov “Azərbaycan iqtisadiyyatının makromaliyyə sabitliyinin qiymətləndirilməsi”