Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat Nazirliyi AMEA İqtisadiyyat İnstitutunun doktorantlarını diplomla təltif edib

  • Oxunub 1103 dəfə

 Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən tələbə, magistr və doktorantlar arasında təşkil edilən elmi məqalə müsabiqəsinə yekun vurulub.

 Mayın 12-də İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, KİV əməkdaşlarının və müsabiqə iştirakçılarının iştirakı ilə müsabiqənin nəticələri açıqlanıb. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tədbirdəki çıxışında müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin ölkəmizin inkişafı üçün gördüyü mühüm işlərdən, dövlətçiliyimizin möhkəmləndirilməsində və iqtisadiyyatın inkişafında əvəzsiz xidmətlərindən danışıb.

 Nazirliyin Aparat rəhbəri, Müsabiqə Komissiyasının sədri Ayaz Əliyev müsabiqə barədə məlumat verərək bildirib ki, müsabiqəyə ölkəmizdə aparılan iqtisadi islahatlara, kiçik və orta sahibkarlığın inkişafına və “Made in Azerbaijan” brendinin təşviqinə dair 27 elmi məqalə təqdim olunub. Bütün elmi məqalələr İqtisadiyyat Nazirliyində yaradılmış Komissiya tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Tədbirdə qaliblərə diplomlar və mükafatlar təqdim edilib. AMEA İqtisadiyyat İnstitutunun 3 doktorantı - Mahir Zeynalov, Əkbər Hüseynov və Fidana Niftaliyeva xüsusi diplomla təltif olunublar (economics.com.az).