İqtisadiyyat İnstitutunun futbol komandası İnstitutlararası Futbol Çempionatında 3-cü yerin qalibi oldu
- Oxunub 1279 dəfə
Mayın 14-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin V İnstitutlararası Futbol Çempionatının final oyunu və mükafatlandırma mərasimi keçirilib. Final qarşılaşmasında Fizika İnstitutu AMEA Rəyasət Heyətinin komandasını 1-0 məğlub edərək çempionatın qalibi olub. III yer uğrunda keçirilən görüşdə isə İqtisadiyyat İnstitutu AMEA Yüksək Texnologiyalar Parkını 8-4 hesabı ilə udub.
Akademiya Şəhərciyində baş tutan yarışdan sonra turnirin mükafatlandırma mərasimində AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AHİ-nin sədri, professor Habil Qurbanov iştirak ediblər. Tədbirdə qaliblər mükafatlandırılıblar. Qaliblərə, o cümlədən İqtisadiyyat İnstitutunun futbol komandasının üzvlərinə medal, diplom və pul mükafatları təqdim olunub (economics.com.az).