Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“İnnovasiyalı iqtisadi inkişafda texnoparkların rolu: dünya təcrübəsi və Azərbaycan”

  • Oxunub 1153 dəfə

"Kreativ iqtisadiyyat" Diskussiya Klubunda i.f.d. Emin Məmmədzadə bu mövzuda çıxış etdi

  Mayın 17-də AMEA İqtisadiyyat İnstitutunda "Kreativ iqtisadiyyat" Diskussiya Klubunun növbəti toplantısı keçirildi. Professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən toplantıda İnstitutun “İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsinin aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Emin Məmmədzadənin “İnnovasiyalı iqtisadi inkişafda texnoparkların rolu: dünya təcrübəsi və Azərbaycan” mövzusunda məruzəsi dinlənildi.

 Məruzəçi texnoparkların yaranma tarixi, onların növləri, bu sahədəki xarici təcrübə, texnoparkların strateji idarəetmə prinsipləri, istehsalcılar və istehlakçılar arasında əlaqə yaradan struktur kimi əhəmiyyəti, rəqabətqabiliyyətli iqtisadi inkişafda rolu və s. barədə geniş məlumat verdi. Bildirdi ki, dünyada texnoparkların 45%-də qarışıq mülkiyyətdir (onun da 71%-i dövlətin payına düşür), 38%-i dövlətin, 17%-i isə özəl sektorun payına düşür. Yəni adətən bu sahəyə dövlət daha çox sərmayə yatırır.

 E.Məmmədzadə Azərbaycanda yaradılmış texnoparklar, onların fəaliyyəti, əsas xüsusiyyətləri, problemləri, bu sahənin maliyyələşdirilməsində vençur fondlarının əhəmiyyəti, texnoparklarda dövlət və özəl sektorun səmərəli əməkdaşlığı, yeni innovativ məhsulların istehsalı imkanları və perspektivlər barədə danışdı.

 Sonra mövzu ətrafında maraqlı müzakirələr aparıldı, xüsusən də Azərbaycanda texnoparkların müasir vəziyyəti, onların fəaliyyətinin səmərəliliyi, dövlətin bu sahəyə müdaxiləsi və dəstəyi, texnoparklarda dövlətin və özəl sektorun iştirak payı kimi məsələlər geniş diskussiyalara səbəb oldu (economics.com.az).