Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA-nın müxbir üzvü Əminağa Sadıqov: “İqtisadiyyat İnstitutunda işgüzar, peşəkar elmi mihit formalaşıb”

  • Oxunub 1576 dəfə

 İyunun 5-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında  AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin müdiri  Fail Kazımov iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Milli gəlirin qeyri-bərabər bölgüsü və onun tənzimlənməsinin fiskal mexanizmi” mövzusunda dissertasiya işini uğurla müdafiə edib.  

 Səsvermədən və komissiyanın qərarı açıqlanandan sonra iclasda iştirak edən AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov öz təəssüratlarını bölüşüb. O, AMEA İqtisadiyyat İnstitutunda dissertasiya işlərinin müdafiəsinin yüksək səviyyədə təşkil olunduğunu, Dissertasiya Şurasının işinin müasir tələblərə uyğun qurulduğunu, maraqlı və aktual elmi mövzuların müzakirə olunaraq müdafiə edildiyini bildirib: “Burada elmi müzakirələr qızğın və maraqlı keçir. İqtisadiyyat İnstitutunda işgüzar, peşəkar elmi mihitin formalaşmasının nəticəsidir ki, bu gün Dissertasiya Şurasında klassik mənada elmi işin müdafiəsinin şahidi olduq. Rahat və işgüzar mühit var, Şuranın üzvləri də peşəkar şəkildə prinsipial olaraq müzakirələr aparırlar. Dissertasiya Şurası həm də iqtisadiyyat sahəsində müxtəlif elmi mövzuların müzakirəsi baxımından iqtisadçılar üçün yaxşı, faydalı bir platformadır” (economics.com.az).