AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün müsabiqə keçiriləcək
- Oxunub 1095 dəfə
İyunun 7-də AMEA İqtisadiyyat İnstitutunda elmi vəzifələrin tutulması üçün yaradılmış müvafiq müsabiqə komissiyasının iclası keçirilib. Komissiyanın sədri, İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov bildirib ki, iclasda müsabiqənin keçirilməsi ardıcıllığı, təşkilati və texniki məsələlər müzakirə olunub. Komissiyasının qərarına əsasən, kiçik elmi işçilər istisna olmaqla digər bütün vəzifələrin tutulması üzrə səsvermə gizli keçiriləcək. Səsvermə prosesində qaydalara uyğun formada doldurulmayan, açıq şəkildə bəyan edilən bülletenlər etibarsız sayılacaq. Müsabiqənin keçirilməsinə şöbələr üzrə iyunun 20-dən etibarən başlanılacaq (economics.com.az).