Çin Azərbaycan alimləri ilə birgə tədqiqatların aparılmasında maraqlıdır
- Oxunub 853 dəfə
Son illər AMEA İqtisadiyyat İnstitutu tərəfindən dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin ölçülməsi sahəsində aparılan tədqiqatlar beynəlxalq ekspertlərin və tədqiqatçıların diqqətini çəkməkdə davam edir. İyunun 12-də Çinin Şanxay Universitetinin Menecment Məktəbinin dekan müavini Vey Linin başçılıq etdiyi nümayəndə heyəti AMEA İqtisadiyyat İnstitutunda olub.
İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə keçirilən görüşdə dövlətin iqtisadiyyata modelyaradıcı müdaxiləsi formaları geniş müzakirə olunub. Çinli qonaqlar elmdə yeni və kreativ bir yanaşmanı özündə ehtiva edən bu sahədə Azərbaycan-Çin birgə tədqiqatlarının aparılmasının vacibliyini və əhəmiyyətini xüsusi vurğulayıblar. Tərəflər təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər (economics.com.az).