Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri ilə işgüzar görüş keçirilib

  • Oxunub 953 dəfə

 İyunun 13-də AMEA İqtisadiyyat İnstitutunda Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovla işgüzar görüş keçirilib. Görüşdə İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli ilə yanaşı İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov və şöbə müdiri, professor Akif Musayev də iştirak ediblər.

 Toplantıda Kənd Təsərrüfatı Nazirliyi ilə AMEA İqtisadiyyat İnstitutu arasında əməkdaşlıq imkanları geniş müzakirə olunub. Xüsusən də, aqrar sektorla bağlı birgə proqramların və layihələrin hazırlanması, qiymətləndirilməsi və ekspertizasının keçirilməsi, həmçinin ortaq tədqiqatların aparılması, kadrlardan, elmi potensialdan səmərəli istifadə edilməsi, kənd təsərrüfatının inkişafı üzrə əsas hədəflərin müəyyənləşdirilməsində Kənd Təsərrüfatı Nazirliyi ilə İqtisadiyyat İnstitutu arasında elmi müstəvidə əməkdaşlığın qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər təcrübə mübadiləsinin aparılması və əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər (economics.com.az).