İyunun 27-də daha iki elmi şöbədə vəzifələrin tutulması üzrə müsabiqə keçirildi
- Oxunub 802 dəfə
İyunun 27-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan Elmi Şuranın iclasında daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi.
İnstitutun “Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, i.e.d., professor Rəna Sultanova şöbə müdiri, Nəcəfli Svetlana, Məmmədov Tural və Ramazanov Vilayət elmi işçi, Piriyev Kərim, Əhmədov Nəsimi və Abdalova Mətanət böyük elmi işçi, Yusubov Dağıstan, Əyyubov Məzəddin və Rzayev Rauf aparıcı elmi işçi vəzifəsinə seçildilər.
Günün ikinci yarısında Elmi Şurada “İnnovasiya menecmenti və elmin inkişafi problemləri” şöbəsi üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. İddiaçıların elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Sonra namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Şöbə müdiri vəzifəsinə ərizə ilə müraciət edən olmadığından bu vəzifə boş qaldı. Digər nəticələrə əsasən, Mikayılova Sevda və Məmməd-Zadə Emin aparıcı elmi işçi, Rüstamova Vəfa və Rzayev Rafiq elmi işçi, Rzayeva Ülkər kiçik elmi işçi vəzifəsinə seçildilər (economics.com.az).