“Maliyyə, pul-kredit siyasəti” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi
- Oxunub 987 dəfə
İyunun 28-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan Elmi Şuranın növbəti iclasında “Maliyyə, pul-kredit siyasəti” şöbəsi üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi.
Həmin şöbədə elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı. Şöbə müdiri vəzifəsinə isə iki namizəd – Tanrıverdi Paşa və Əli Hüseynov iddia edirdi. Onların hər biri dinlənildi.
Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, şöbə müdiri vəzifəsinə iddiaçıların heç biri qaydalara əsasən tələb olunan qədər – 2/3 səs toplaya bilmədikləri üçün şöbə müdiri seçilmədi. Digər nəticələrə görə, Qafarov Ağadadaş baş elmi işçi, Əliyev Ramil, Səlimov Sulduz və Məmmədov Yaşar aparıcı elmi işçi, Bayramov Vüqar və Məmmədova Gülnarə böyük elmi işçi, Qasımov İlqar və Cəfərova Mətanət elmi işçi, Sadıxlı Fidan kiçik elmi işçi vəzifəsinə seçildilər (economics.com.az).