“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” və “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbələrində elmi vəzifələr müsabiqə yolu ilə tutuldu
- Oxunub 832 dəfə
İyunun 29-da AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutan Elmi Şuranın iclasında daha iki şöbə üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi.
İnstitutun “Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, AMEA-nın müxbir üzvü, i.e.d., professor Şahbaz Muradov şöbə müdiri, Efendiyev Rüfət baş elmi işçi, Baxış Çingiz böyük elmi işçi, Seyidova Sevda, Əhmədova Samirə və Şıxəliyeva Səbinə aparıcı elmi işçi vəzifəsinə seçildilər.
Günün ikinci yarısında Elmi Şurada “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsi üzrə elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. İddiaçıların elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Sonra namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması
üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, i.e.d., professor Tərbiz Əliyev şöbə müdiri, Həsənov Əbdül-Səməd və Bayramova Esmira baş elmi işçi, Mahmudova Sevda böyük elmi işçi, Mahir Zeynalov və Ramil Əliyev aparıcı elmi işçi, Fətəliyeva Gülnarə elmi işçi vəzifəsinə seçildilər (economics.com.az).