“Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” və “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbələri üzrə müsabiqə keçirildi
- Oxunub 2264 dəfə
İyulun 2-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında sonuncu iki şöbə üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə baş tutdu.
İnstitutun “Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsində elmi vəzifələrin tutulması üçün müsabiqədə iştirak etmək hüququ qazanmış iddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdi. Hər bir iddiaçının elmi fəaliyyəti barəsində müzakirələr aparıldı, namizədlərin fikirləri dinlənildi. Sonra hər bir namizəd üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün Elmi Şurada gizli səsvermə keçirildi. Nəticələrə əsasən, i.f.d. Pərviz Həsənov şöbə müdiri, Cəlil Quliyev baş elmi işçi, Allahverdiyeva Amalya böyük elmi işçi, Rizayeva Mətanət aparıcı elmi işçi, Əliyeva Jalə elmi işçi vəzifəsinə vəzifəsinə seçildilər. 1 iddiaçı 2/3 səs toplaya bilmədiyi üçün iddia etdiyi elmi vəzifəsinə seçilmədi.
Günün ikinci yarısında Elmi Şurada “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsi üzrə də elmi vəzifələrin tutulması üçün müsabiqə keçirildi. İddiaçılar barəsində Müsabiqə Komissiyasının sədri i.f.d., dos. Allahyar Muradov məlumat verdikdən sonra hər bir iddiaçının elmi fəaliyyəti barəsində özlərinin də iştirakı ilə müzakirələr aparıldı. Namizədlərin hər biri üzrə iddia etdiyi elmi vəzifəni tutması üçün gizli səsvermə keçirildi. Nəticələrə əsasən, dosent Mayıs Gülalıyev şöbə müdiri, Allahverdiyeva Leyli böyük elmi işçi, Həşimova Vəfa, Hüseynov Əkbər və Hüseynov Ceyhun elmi işçi, Məmməd-Zadə Minarə, Bayramova Fatimə, Sadıqov İlqar və Babazadə İsgəndər kiçik elmi işçi vəzifəsinə seçildilər (economics.com.az).