AMEA İqtisadiyyat İnstitutunun 60 illiyinə həsr olunmuş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək
- Oxunub 1611 dəfə
Bu il oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Konfransın keçirilməsinin əsas məqsədi alimlərin ideyalarının, elmi nəticələrinin paylaşılması və müzakirə edilməsi üçün uyğun platforma təqdim etməkdir.
Məqalələrin göndərilməsi üçün son tarix – 20 sentyabr 2018-ci il
Konfransın işçi dilləri – azərbaycan, Türkiyə Türkcəsi, rus, ingilis
Məqalələrin tərtibatına tələblər:
- Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifədən az olmamalı, format A4, şrift Times New Roman, ölçü 12, hər tərəfdən 2,0 sm, 1,15 interval, abzas 1,0 olmalıdır.
- Məqalənin əvvəlində yazıldığı dildə xülasə və açar sözlər, məqalənin sonunda isə ədəbiyyat siyahısından əvvəl ingilis dilində xülasə və açar sözlər göstərilməlidir. Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 12) yazılmalıdır.
- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 12) yazılmalıdır.
- Təşkilat, vəzifə, E-mail ünvanı və şəhərin adı adi şriftlə (ölçü 12) yazılmalıdır.
- Məqalənin mətnində qaynaqlara istinad, mötərizədə müəllifin (müəlliflərin) soyadı, çap ili qeyd olunmaqla verilir (məs.: (Məmmədov, 2009), (İmanov və Həsənli, 2001), (Dünya Bankı, 1999)). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə verilməlidir (ölçü 12).
- Konfransda iştirak etmək istəyənlər məqalələrini Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. ünvanına göndərə bilərlər.
Təşkilat Komitəsi təqdim edilən məqalələri konfransın istiqamətlərinə uyğun seçim etmə hüququna malikdir. Digər nəşrlərdə çap edilən və qoyulan tələblərə cavab verməyən materiallar qəbul edilməyəcək.
Konfransın keçirilmə yeri: Bakı H.Cavid prospekti 115, AMEA-nın əsas binası
Suallarınızla bağlı bu ünvana müraciət edə bilərsiniz:
Ünvan: AZ1143, Bakı şəhəri, H.Cavid prospekti, 115, İqtisadiyyat İnstitutu
Əlaqə telefonu: (+99412) 510 37 92 e-mail: economicsaz60@gmail.com