Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun alimləri Qırğızstanda beynəlxalq konfransda iştirak edəcəklər

  • Oxunub 816 dəfə

 Sentyabrın 17-19-da  Qırğızstanın paytaxtı Bişkek şəhərində, "Jannat Regency" otelində “MDB ölkələrinin inteqrasiyalı inkişaf imkanları: tədqiqatçıların və ekspertlərin dialoqu" adlı beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.  

 Qırğızstan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və MDB Ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə baş tutacaq tədbirdə AMEA İqtisadiyyat İnstitutunun aparıcı elmi işçiləri – iqtisad elmləri doktoru Sevda Mikayılova, iqtisad üzrə fəlsəfə doktoru Mahir Zeynalov və böyük elmi işçi, iqtisad üzrə fəlsəfə doktoru Mətanət Abdalova da iştirak edəcəklər. İqtisadçı alimlərimizin beynəlxalq konfransda məruzə ilə çıxışları nəzərdə tutulur.

 Tədbirdə Rusiya, Qazaxstan, Azərbaycan, Ukrayna, Belarus, Moldova, Türkmənistan, Özbəkistan, Tajigistan və Qırğızstandan olan alimlərin, ekspertlərin iştirakçı ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri və iqtisadi inteqrasiya imkanlarına dair məruzələri dinləniləcək, müzakirələr aparılacaq (economics.com.az).