Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Alimlərimiz Polşada beynəlxalq elmi konfransda təqdimatla çıxış ediblər

  • Oxunub 1026 dəfə

 Avqustun 27-28-də Polşada (Varşava) “13th  İnternational Conference on Applications of Fuzzy Systems and Soft Computing” adlı beynəlxalq elmi konfrans keçirilib. 10 ölkədən (ABŞ, Fransa, Böyük Britaniya, Norveç, Polşa, Meksika, Rusiya, Türkiyə, Azərbaycan, Kipr) alimlərin qatıldığı tədbirdə AMEA İqtisadiyyat İnstitutunun “İqtisadi tədqiqatların riyazi təminatı" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev və şöbənin kiçik elmi işçisi Mirvari Qəzənfərli iştirak ediblər.

 Konfransda professor Akif Musayev “Vergi yükünün makroiqtisadi təsirinin qiymətləndirilməsində interval analizinin tədbiqi”, Mirvari Qəzənfərli isə “Vergi öhdəliyinin yerinə yetirilmə müddətinin dəyişdirilməsinin vergi daxilomalarına təsirinin Minmax kompazisiyası ilə qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış ediblər. 1994-cü ildən etibarən 2 ildən bir keçirilən konfrans tərəfindən bu dəfə qəbul edilən 100-dən artıq elmi məqalə dərc olunacaq.  Prof. A.Musayev və k.e.i. M.Qəzənfərlinin məqaləsi ilə aşağıdakı linkdə tanış ola bilərsiniz (economics.com.az).

 Evaluation of the Impact of the Changing the term of Tax Liability Performance on Tax Receipts by Minmax Composition Method

 Application of Interval Analysis in Evaluation of Macroeconomic Impacts of Taxes