Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun şöbə müdiri Gürcüstanda konfransda iştirak edib

  • Oxunub 935 dəfə

 Oktyabrın 1-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində  Şərq Tərəfdaşlıq Paneli tərəfindən “EU4 İnnovation: tədqiqat - sənaye əlaqələrinin inkişaf etdirilməsi “ mövzusunda konfrans keçirilib.  Tədbirdə AMEA İqtisadiyyat İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, i.f.d Rüfət Efendiyev, AMEA Yüksək Texnologiyalar Parkının beynəlxalq əlaqələr üzrə direktor müavini Məmməd Bağırzadə, Texnologiyaların Transferi və Biznes İnkubasiya şöbəsinin müdiri Zaur Əhmədzadə, Milli Antidopinq Agentliyinin strateji inkişaf üzrə meneceri İlham Hümbətov, Memarlıq ve İnşaat Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və Azərbaycan Sahibkarlar Konfederasiyasının Beynəlxalq əlaqələr və biznesin inkişafı şöbəsinin müdiri Arif Nəcimov iştirak ediblər.

 Bir çox ölkələrin nümayəndə heyətlərinin iştirak etdiyi konfransın əsas mövzusu texnoloji yeniliklər və bu yeniliklərin istehsalat sahəsinə tətbiq edilməsi olub. Konfransda çıxış edən və müzakirələrə qatılan Azərbaycan nümayəndələri ölkəmizdə həyata keçirilən uğurlu texnologiya transferlərindən danışıblar (economics.com.az).