AzTV-də “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” müzakirə olunub
- Oxunub 1121 dəfə
Oktyabrın 8-də Azərbaycan Dövlət Televiziyasının “Günün nəbzi” verilişində Azərbaycan Respublikasının Prezidentinin 2018-ci il 26 sentyabr tarixli sərəncam ilə təsdiq olunmuş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın başlıca xüsusiyyətləri, məqsədi və qarşıya qoyduğu vəzifələr ətrafında müzakirələr aparılıb. Verilişin qonaqları Mərkəzi Bankın sədrinin müavini Alim Quliyev, İİTKM-in rəhbəri Vüsal Qasımlı, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev və AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, professor Akif Musayev olublar. Verilişə aşağıdakı linkdə baxmaq olar.
AzTV “Günün nəbzi” (yüklə)