Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə hazırlıq üzrə Təşkilat Komitəsinin iclası keçirilib

  • Oxunub 1186 dəfə

 Oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş təntənəli iclas və “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. 60 illik yubiley AMEA Rəyasət Heyətinin qərarı əsasında qeyd olunacaq.

  Oktyabrın 9-da İnstitutun direktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə yubiley tədbirlərinə və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin üzvlərinin iştirakı ilə növbəti iclası keçirildi. Toplantıda yubiley tədbirlərinin və konfransın proqramı geniş müzakirə olundu. Nəzərdə tutulan tədbirlərin icrası üzrə təkliflər nəzərə alınmaqla konkret tapşırıqlar verildi (economics.com.az).