“Azərbaycan Respublikasının regionlarında tikinti materialları sahəsinin inkişafı və ərazi təşkili” mövzusunda dissertasiya işi müdafiə edildi
- Oxunub 851 dəfə
Oktyabrın 12-də AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutuan iclasda Kərim Pirməmməd oğlu Piriyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycan Respublikasının regionlarında tikinti materialları sahəsinin inkişafı və ərazi təşkili” mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər i.e.d., prof. R.Soltanova). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.
İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra K.Piriyev dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Qəzənfər Süleymanov və i.f.d. Ləman Məmmədova mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Xidmət sahələrinin iqtisadiyyatı və menecment” kafedrasıdır.
İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı K.Piriyev opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirməklə yanaşı, mövzunun aktual olduğunu, işin AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə cavab verdiyini qeyd etdilər. Sonda K.Piriyevin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).
Avoreferat K.P.Piriyev “Azərbaycan Respublikasının regionlarında tikinti materialları sahəsinin inkişafı və ərazi təşkili”