Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubiley tədbiri və beynəlxalq elmi konfrans keçiriləcək

  • Oxunub 888 dəfə

 Oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illiyi qeyd olunacaq. Bu münasibətlə həmin gün saat 10-da AMEA-nın əsas binasındakı dairəvi zalda (H.Cavid pr., 115) təntənəli iclas keçiriləcək. İclasda AMEA rəhbərliyi ilə yanaşı, Hökumət və Milli Məclis üzvlərinin, ali məktəb rektorlarının, tanınmış iqtisadçı alimlərin, 7-8 xarici ölkədən qonaqların da iştirak edəcəyi gözlənilir. Tədbirdən əvvəl (saat 8.30-da) Ümummilli Lider Heydər Əliyevin məzar abidəsi və Şəhidlər xiyabanı ziyarət olunacaq.

 Təntənəli iclasda, həmçinin, bir neçə xarici elmi mərkəzlə birgə tədqiqatlar aparılması haqqında müqavilələr imzalamaq, Gənc iqtisadçılar arasında keçirilmiş elmi məqalə müsa­biqəsinin qaliblərini mükafatlandırmaq, Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şürasının səd­ri professor Pei Çanhunqa AMEA İqtisadiyyat İnstitutunun Fəxri doktoru diplomunu təq­dim etmək də nəzərdə tutulur.

 Təntənəli iclasdan sonra saat 15.00-da AMEA Mərkəzi Elmi Kitabxanada “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq el­mi konfrans keçiriləcək (economics.com.az).