Azərbaycan Prezidentinin Sərəncamı ilə AMEA İqtisadiyyat İnstitutunun alimləri təltif edildilər
- Oxunub 2037 dəfə
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:
Əliyev Tərbiz Nəsib oğlu
İmanov Nazim Müzəffər oğlu
Musayev Akif Fərhad oğlu
Sultanova Rəna Polad qızı
Yüzbaşıyeva Gülşən Zahid qızı.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2018-ci il.
***
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Hüseynov Tofiq Həsən oğlu
Muradov Allahyar Niyaz oğlu.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 oktyabr 2018-ci il.