Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

  • Oxunub 1551 dəfə

   Mayın 7-də AMEA İqtisadiyyat İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə (MM) qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib.

Məqsəd xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması və mülki müdafiə qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasıdır.

  AMEA İqtisadiyyat İnstitutunun Fövqəladə Hallar Komissiyasının sədri Şakir Alıyevin sədrliyi ilə keçirilən tədbirdə komissiyanın üzvləri, MM qüvvə komandirləri, institutun əməkdaşları iştirak ediblər. Manqa komandirlərinin funksional vəzifələri ilə bağlı məruzələr dinlənilib. İnstitutun MM qərargahının rəisi Anar Babayev fövqəladə hadisələrin baş verəcəyi hallarda ilk növbədə hansı işlərin görülməli olduğu haqda əməkdaşlara ətraflı məlumat verib (economics.com.az).