İnstitutun 60 illik yubiley tədbirlərində fəal iştirakına görə bir qrup əməkdaşa təşəkkür elan edildi
- Oxunub 930 dəfə
Məlum olduğu kimi, oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinə həsr olunmuş təntənəli iclas və “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfrans keçirildi. Bu tədbirlərin hazırlanmasında və keçirilməsində İnstitutun bir sıra əməkdaşları fəal iştirak ediblər. Bunu nəzərə alaraq, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin “AMEA İqtisadiyyat İnstitutunun 60 illik yibileyi ilə bağlı tədbirlərin yekunları haqqında” əmri ilə həmin əməkdaşlara, şəxsi işlərində qeyd olunmaqla, təşəkkür elan edilib.
Belə ki, yubiley tədbirlərinin hazırlanması və keçirilməsində koordinasiyanı yüksək səviyyədə təşkil etdiyinə görə Pərviz Həsənov (şöbə müdiri, i.f.d., dos.), yubileyə həsr olunmuş təntənəli iclası yüksək səviyyədə apardığına görə Vüsalə Qubatova (k.e.i.), gənc iqtisadçı tədqiqatçılar arasında elmi məqalə müsabiqəsini yüksək səviviyyədə təşkil etdiyinə görə Fuad Qəmbərov (şöbə müdiri, i.e.d.), “İqtisadi artım və ictimai rifah” mövzusunda beynəlxalq elmi konfransın təşkil olunmasında və keçirilməsində fəaliyyətinə görə Tərbiz Əliyev (şöbə müdiri, i.e.d., prof.), yubiley tədbirlərinin KİV-də işıqlandırılmasını yüksək səviyyədə təmin etdiyinə görə Mahir Zeynalov (İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, i.f.d.), xarici qonaqlarla işi yüksək səviyyədə təşkil etdiklərinə görə Rüfət Efendiyev (Beynəlxalq əlaqələr şəbəsinin müdiri, i.f.d.,dos.), Rəmzi Abdullayev (b.e.i., i.f.d.), Famil Rüstəmov (b.e.i., i.f.d.), Vilayət Ramazanov (e.i.), Ceyhun Hüseynov (k.e.i.), gənc əməkdaşların təşkilati fəaliyyətinin koordinasiyasına görə Ramil Əliyevin (Gənc alimlər Şurasının sədri, i.f.d.) adları həmin əmrdə qeyd olunub (economics.com.az).