Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycanda makroiqtisadi proporsiyaların tənzimlənməsinin investisiya amili” mövzusunda dissertasiya işi müdafiə edildi

  • Oxunub 1320 dəfə

 Oktyabrın 30-da AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasının iclası keçirildi. İqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin sədrliyi ilə baş tutuan iclasda Firdovsi Həşim oğlu Şahbazovun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azərbaycanda makroiqtisadi proporsiyaların tənzimlənməsinin investisiya amili” mövzusunda dissertasiya işi müzakirə olundu (elmi rəhbər i.e.d., prof. R.Quliyev). Dissertasiya işi İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra F.Şahbazov dissertasiya işinin aktuallığı, problemin öyrənilmə səviyyəsi, tədqiqatın məqsəd və vəzifələri, işin əsas elmi yenilikləri, tədqiqatın məzmunu, nəticə və təkliflər ətrafında təqdimatla cıxış etdi. Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prоf. Amil Məhərrəmov və i.f.d. Yaşar Məmmədov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Memarlıq və İnşaat Universitetinin  “İqtisadi nəzəriyyə və marketinq” kafedrasıdır.

 İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı F.Şahbazov opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. İşlə bağlı çıxış edən Şuranın üzvləri irad və təkliflərini bildirdilər. Sonda F.Şahbazovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

 Avoreferat F.H.Şahbazov “Azərbaycanda makroiqtisadi proporsiyaların tənzimlənməsinin investisiya amili”