Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Ziyad Səmədzadə və Şahbaz Muradov yenidən Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri təsdiq olunublar

  • Oxunub 1035 dəfə

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 noyabr 2018-ci il tarixli “Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında” Fərmanı ilə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiq olunub.

 Fərmana əsasən, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri, akademik Ramiz Mehdiyev sədrin birinci müavini, akademik İbrahim Quliyev, akademik İsa Həbibbəyli və xalq yazıçısı Anar Rzayev sədrin müavinləri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru, akademik Tofiq Nağıyev məsil katib təsdiq olunublar.

 Habelə Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri də təyin ediliblər. Ölkənin bir sıra tanınmış ziyalıları  ilə yanaşı iqtisadçı alimlər - akademik Ziyad Səmədzadə və AMEA-nın müxbir üzvü Şahbaz Muradov yenidən Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvləri təsdiq olunublar. Bu münasibətlə AMEA İqtisadiyyat İnstitutunun kollektivi adından onları təbrik edir və elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq! (economics.com.az).