Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” kitabı üç dildə çap olunub

  • Oxunub 1053 dəfə

 AMEA İqtisadiyyat İnstitutu və Çin Sosial Elmlər Akademiyası (SEA) İqtisadiyyat İnstitutunun birgə tədqiqatları əsasında hazırlanmış “Azərbaycan və Çin iqtisadiyyatları: müqayisəli araşdırmalar” kitabı çap olunub.  Kitab AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilib. Nəşrin redaktorları AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) və Çin SEA İqtisadiyyat İnstitutu Elmi Şurasının sədri, professor Pey Çanhun, buraxılışa məsul AMEA İqtisadiyyat İnstitutunun elmi katibi, i.f.d., dos. Rəsmiyyə Abdullayevadır. 

 Kitab 2017-ci ilin sentyabr ayında Bakıda keçirilmiş “Azərbaycan - Çin iqtisadi əməkdaşlığı” adlı beynəlxalq elmi-praktik konfransda təqdim olunmuş çıxış və məruzələr əsasında hazırlanmışdır. Konfransda hər problem üzrə biri Azərbaycandan, digəri isə Çindən ol­maq etibarilə iki məruzə (“cütlük”) dinlənilmişdir. Açılış nitqi və üç salamlama çıxışından son­ra 8 elmi məruzə dinlənilmişdir. Məruzələrin “cütləşdirilməsi” Azərbaycan və Çin mütəxəssislərinin eyni problemlərə baxışlarındakı yaxınlığı və fərqliliyi dəyərləndir­məyə imkan verir.

 Kitab Bakıda Azərbaycan dilində, ingilis və Çin dillərində isə Pekində nəşr olunub. Azərbaycan variantını çapa AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları, Çin va­riantını Çinli mütəxəssislər, ingilis dilindəki variantını isə azərbaycanlı və çinli alimlər birgə hazırlayıblar (economics.com.az).