AMEA-nın prezidenti Akif Əlizadə İqtisadiyyat İnstitutunun təltif olunmuş əməkdaşlarına mükafatları təqdim edib
- Oxunub 1054 dəfə
Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən AMEA-nın İqtisadiyyat İnstitutunun 60 illik yubileyi münasibətilə Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə təltif olunmuş əməkdaşlara mükafatları təqdim edib.
Qeyd edək ki, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, İnstitutun şöbə müdirləri - prof. Tərbiz Əliyev, prof. Akif Musayev, prof. Rəna Sultanova və prof. Gülşən Yüzbaşıyeva “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov və şöbə müdiri, professor Tofiq Hüseynov “Tərəqqi” medalı ilə təltif olunublar.
Mükafat alan bütün əməkdaşlarımızı təbrik edirik! (economics.com.az).