Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun əməkdaşları AMEA İctimai Elmlər Bölməsinin “Fəxri Fərman”ı ilə təltif edildilər

  • Oxunub 1127 dəfə

 Noyabrın 21-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin iclası keçirildi. Tədbirdə bölmənin akademik-katibi, akademik Nərgiz Axundova, bölmə üzvləri, elmi müəssisələrin rəhbərləri və AMEA İqtisadiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

 Akademik Nərgiz Axundova iclası giriş sözü ilə açaraq bu il oktyabrın 18-də AMEA İqtisadiyyat İnstitutunun 60 illik yubileyinin təntənəli şəkildə keçirildiyini, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanda iqtisad elminin inkişafında xidmətlərinə görə İnstitutun 2 əməkdaşının “Tərəqqi” medalı ilə, 5 əməkdaşın isə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunduğunu bildirdi. Bunlarla yanaşı, AMEA İqtisadiyyat İnstitutunun daha 20-yə yaxın əməkdaşı məhsuldar elmi fəaliyyətləri nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsinin “Fəxri Fərman”ı ilə təltif ediliblər.

 Akademik N.Axundova həmin əməkdaşlara – i.e.d. Seyfəddin Səməndərov, i.e.d. Əli Hüseynov, i.f.d. Cəlil Quliyev, i.f.d. Mahir Zeynalov, i.f.d. Rüfət Efendiyev, i.f.d. Səbinə Şəxəliyeva, i.f.d. Məzəddin Əyyubov, i.f.d. Şahraz İbrahimov, i.f.d. Tariyel Qurbanov, i.f.d.Asif Mustafayev, i.f.d. Ramil Əliyev, i.f.d. Emin Məmmədzadə, i.f.d. Nəsimi Əhmədov, i.f.d. Kamran Abdullayev, i.f.d. Samirə Əhmədova, i.f.d. Əbdül-Səməd Həsənov, i.f.d. Ələsgər Sarıyev, i.f.d. Sevda Seyidova və Tanrıverdi Paşaya “Fəxri Fərman”ı təqdim etdi, onlara gələcək elmi fəaliyyətlərində daha böyük nailiyyətlər arzuladı.

Mükafat alan bütün əməkdaşlarımızı təbrik edirik! (economics.com.az).