Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Koordinasiya Şurasında dissertasiya işlərinin mövzuları müzakirə olunub

  • Oxunub 1188 dəfə

 Noyabrın 20-də AMEA-da Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirildi. Şuranın sədri, AMEA-nın müxbir üzvü, prof. Akif Musayevin sədrliyi ilə baş tutan toplantıda yeni təqdim olunmuş dissertasiya işlərinin mövzuları müzakirə edilərək qeydə alındı.

 İqtisadiyyat Problemləri üzrə Koordinasiya Şurasının elmi katibi, i.f.d. Samirə Əhmədova economics.com.az saytına bildirib ki, iclasda bir necə ali təhsil və elmi-tədqiqat müəssisələrinin fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə 57 doktorant və dissertantının dissertasiya mövzuları (onlardan 8-i elmlər doktorluğu üzrədir) müzakirə edilib, 23 dissertasiyanın mövzusu redaktə olunmuşdur. Onlardan 6-sının dissertasiya mövzuları ixtisas şifrələrinə uyğun gəlmədiyi üçün qeydiyyata alınmayıb, həmin mövzulara növbəti iclasda təkrarən baxılacaq (economics.com.az).