Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada şöbələrin plan elmi-tədqiqat işlərinin hesabatları dinləniləcək

  • Oxunub 888 dəfə

 Noyabrın 29-dan etibarən AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasında 2017-2018-ci illərdə “Azərbaycan Respublikasında post-neft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda plan elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı şöbələrin hesabatlarının dinlənilməsinə başlanılacaq. Bununla bağlı məsələ noyabrın 27-də keçirilən AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının iclasında müzakirə edilib.

 İclasda İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d., dos. Allahyar Muradov hesabatların dinlənilməsi qaydaları barədə məlumat verib. Bildirib ki, şöbələr Elmi Şurada hesabat verəcəklər. Hər bir şöbənin müdiri 10-15 dəqiqə ərzində ümumi hesabatla çıxış edəcək, sonra şöbələrin baş və aparıcı elmi işçiləri, habelə elmi dərəcəsi olan (fəlsəfə doktorları) böyük elmi işçilər 5-7 dəqiqə öz tədqiqatları barəsində çıxış edəcəklər. Hesabatlar ətrafında müzakirələr aparılcaq (economics.com.az). 

 Şöbələrin Elmi Şurada hesabatlarının dinlənilməsi aşağıdakı qrafik üzrə keçiriləcək

Şöbələrin adları

Tarix

  1. 1

“İqtisadi siyasətin nəzəri əsasları və iqtisadi fikir tarixi” şöbəsi

29 noyabr

11:00

“İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsi

“Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsi

30 noyabr

11:00

“İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsi

“Xidmət sahələrinin inkişafı problemləri” şöbəsi

“Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsi

3 dekabr

11:00

“Həyat səviyyəsinin sosial-iqtisadi problemləri” şöbəsi

“Aqrar islahatlar və ərzaq təhlükəsizliyi şöbəsi”

4 dekabr

11:00

  1. 9

“İnnovasiya menecmenti və elmin inkişafı problemləri” şöbəsi

  1. 10 

“Maliyyə, pul-kredit siyasəti” şöbəsi

5 dekabr

11:00

  1. 11 

“Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri” şöbəsi

  1. 12 

“Sənaye siyasəti və investisiya problemləri” şöbəsi

6 dekabr

11:00

  1. 13

“Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri” şöbəsi