Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Dissertasiya Şurasında iki dissertasiya işi müdafiə olundu

  • Oxunub 1027 dəfə

 Noyabrın 27-də  AMEA İqtisadiyyat İnstitutunun Dissertasiya Şurasında iki dissertasiya işinin müdafiəsi üzrə müzakirələr keçirildi.

 Şuranın sədri, i.e.d., professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan ilk iclasda Şəhla Vəkil qızı Cəmilzadənin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Abşeron iqtisadi rayonunun sosial-iqtisadi inkişafının idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda dissertasiyası müzakirə edildi (elmi rəhbər i.e.d., prof. Tərbiz Əliyev). Dissertasiya işi Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat kafedrasında yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra Şəhla Cəmilzadə dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla cıxış etdi.  Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d., prof. Elşad Məmmədov və i.f.d. Nəsimi Əhmədov  mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Azərbaycan Dövlət İnşaat və Memarlıq Universitetinin “İqtisadi nəzəriyyə və marketinq” kafedrasıdır. İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. Şuranın üzvləri də işlə bağlı öz mülahizələrini, irad və təkliflərini bildirdilər. Sonda Ş.Cəmilzadənin dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi.

 İkinci iclasda AMEA İqtisadiyyat İnstitutunun dissertantı Allahyarov Rauf Mirzağa oğlunun iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Əmək bazarının formalaşması şəraitində əhalinin məşğulluğunun tənzimlənməsi istiqamətləri” mövzusunda dissertasiyası müzakirə olundu (elmi rəhbər i.e.d., prof. Şahbaz Muradov). Dissertasiya işi AMEA İqtisadiyyat İnstitutunda yerinə yetirilib.

 İddiaçı barədə Dissertasiya Şurasının elmi katibi, i.f.d. Səbinə Şıxəliyeva məlumat verdikdən sonra R.Allahyarov dissertasiya işinin əsas məzmunu ətrafında təqdimatla cıxış etdi.  Sonra iddiaçı Dissertasiya Şurasının üzvlərinin işlə bağlı ona ünvanladıqları sualları cavablandırdı. İş üzrə təyin olunmuş rəsmi opponentlər – i.e.d. Sevda Mikayılova və i.f.d. Əli Səlimov mövzunun aktuallığını qeyd etməklə yanaşı irad və təkliflərini bildirdilər. İş üzrə aparıcı təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzidir.

 İclasda avtoreferatlara verilən rəylər də səsləndirildi. İddiaçı opponentlərin, aparıcı təşkilatın və avtoreferatlarla bağlı rəyçilərin iradlarına cavab verdi. Şuranın üzvləri də işlə bağlı öz mülahizələrini, irad və təkliflərini bildirdilər. Sonda R.Allahyarovun dissertasiya işi gizli səsvermə yolu ilə Dissertasiya Şurasının üzvləri tərəfindən təsdiqləndi (economics.com.az).

 İddiaçıların dissertasiya işləri və avtoreferatları ilə aşağıdakı linkləri yükləməklə tanış olmaq mümkündür.

Avtoreferat Şəhla Vəkil qızı Cəmilzadə “Əmək bazarının formalaşması şəraitində əhalinin məşğulluğunun tənzimlənməsi istiqamətləri”

Avtoreferat Allahyarov Rauf Mirzağa oğlu “Əmək bazarının formalaşması şəraitində əhalinin məşğulluğunun tənzimlənməsi istiqamətləri”