Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İsveçrənin Azərbaycandakı səfiri AMEA İqtisadiyyat İnstitutunda olub

  • Oxunub 803 dəfə

 Dekabrın 3-də İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfiri, cənab Filip Ştalder AMEA İqtisadiyyat İnstitutunda olub və İnstitutun direktoru, professor Nazim Müzəffərli ilə görüşüb. Səfirə AMEA İqtisadiyyat İnstitutunun fəaliyyəti və burada aparılan elmi-tədqiqatlar barəsində geniş məlumat verilib.

  İşgüzar görüşdə bu il sentyabrın 26-da Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” və Azərbaycanda nağdsız ödənişlərin genişləndirilməsi məsələləri geniş müzakirə edilib, təcrübə mübadiləsi aparılıb. Əməkdaşlıq imkanları müzakirə olunub.

 Görüşdə İsveçrə səfirliyinin Mətbuat və informasiya məsələləri üzrə məsul şəxsi Ataş Sultanov və İqtisadiyyat İnstitutunun “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, i.f.d., dos. Rüfət Efendiyev də iştirak ediblər (economics.com.az).