Azərbaycan və Gürcüstanın gənc tədqiqatçıları birgə müzakirələr aparacaqlar
- Oxunub 1176 dəfə
AMEA İqtisadiyyat İnstitutunun bir qrup gənc əməkdaşı - Ülkər Məmmədova, Gülnarə Fətəliyeva, Əkbər Hüseynov, İsgəndər Babazadə, Fəxrəddin Babazadə, Vüsalə Qubatova və Mirvari Qəzənfərli İnstitutun “İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri” şöbəsinin müdiri, f.f.d., dosent Mayis Gülalıyevin rəhbərliyi ilə Gürcüstana gediblər. Onlar dekabrın 12-14-də AMEA İqtisadiyyat İnstitutu və Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun birgə təşkilatçılığı ilə Tiflisdə iki ölkənin gənc iqtisadçı tədqiqatçıların iştirakı ilə keçiriləcək “dəyirmi masa”da iştirak edəcəklər.
Tədbirdə gənclər tədqiqat apardıqları mövzular üzrə təqdimatla çıxış edəcəklər. “Dəyimi masa”da iki ölkənin iqtisadiyyatlarının inkişafı meyilləri və qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi imkanları, birgə elmi tədqiqatların aparılması və əməkdaşlıq məsələləri müzakirə ediləcək (economics.com.az).