Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Elmi Şurada İqtisadiyyat İnstitutunun 2018-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib

  • Oxunub 1182 dəfə

 Dekabrın 14-də AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə keçirilən Elmi Şuranın iclasında İnstitutun elmi işlər üzrə direktor müavini, i.f.d. Allahyar Muradov 2018-ci ilin elmi-tədqiqat işlərinin yekunları haqqında geniş təqdimatla çıxış etdi. Məruzəçi bildirdi ki, 2017-2018-ci illərdə İnstitutda “Azərbaycan Respublikasında postneft iqtisadiyyatı quruculuğunun sosial-iqtisadi problemləri” mövzusunda tədqiqatlar aparılıb. Tədqiqatlar əsasında müəyyən nəticələr əldə olunub, onlar ümumiləşdirilib və yekun hesabat hazırlanıb.   

 A.Muradov İnstitutun elmi-təşkilati fəaliyyəti haqqında hesabatında bu il ərzində elmi-tədqiqat planlarının yerinə yetirilməsi və əldə olunmuş fundamental nəticələr, elmi-tədqiqat proqramlarının icra vəziyyəti, fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər, beynəlxalq əlaqələr, elektron elmin vəziyyəti (saytın fəaliyyəti), nəşriyyat fəaliyyəti, elmi kadrların hazırlanması, İnstitutun kadr potensialı, maddi-texniki təchizat və sosial fəaliyyət, təltiflər və mükafatlar barəsində məlumat verdi.

 Sonra məruzə ətrafında, hesabatla bağlı geniş müzakirələr oldu, mövcud problemlər, imkanlar, perspektivlər, əsas hədəflər müzakirə edildi. Bununla yanaşı, növbəti iki ildə İqtisadiyyat İnstitutunda yerinə yetiriləcək elmi tədqiqat mövzularının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı (economics.com.az).