Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İctimai Elmlər Bölməsində İqtisadiyyat İnstitutunun hesabatı dinlənilib

  • Oxunub 1031 dəfə

 Dekabrın 27-də AMEA İctimai Elmlər Bölməsinin (İEB) ümumi yığıncağı keçirilib. Tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri, mühüm nəticələrin icraçıları və aidiyyəti üzrə şəxslər iştirak ediblər. Yığıncağı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tədbirdə bölməyə daxil olan elmi müəssisələrin və müvafiq kənar təşkilatların illik hesabatlarının dinləniləcəyini diqqətə çatdırıb.

 Sonra çıxış edən bölmənin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, hesabat ilində bölmə üzrə 9 elmi istiqamətdə 34 problem üzrə 139 mövzu, 325 iş üzərində elmi tədqiqat işləri aparılıb. Bölmə institutları tərəfindən il ərzində 161 kitab, 1721 məqalə, 350 tezis olmaqla, ümumilikdə 2232 əsər nəşr edilib. N.Axundova 8 kitabın, 326 məqalənin və 48 tezisin xaricdə çap olunduğunu əlavə edib. Bölmə üzrə 35 məqalə impakt faktorlu jurnallarda dərc edilib, İEB alimlərinin əsərlərinə 1370 istinad olub. N.Axundova 2018-ci ildə bölmə tərəfindən 19 beynəlxalq və 27 respublika konfransının keçirildiyini, 5 qrant qazanıldığını, o cümlədən fəlsəfə doktorluğu üzrə 8, elmlər doktorluğu üzrə 12 nəfərin müdafiə etdiyini  vurğulayıb.

 Tədbirdə Bölməyə daxil olan digər qurumlarla yanaşı AMEA İqtisadiyyat İnstitutunun 2018-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilib və bəyənilib. Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, Bölmə hesabatların Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

 AMEA İqtisadiyyat İnstitutunun 2018-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabatı ilə aşağıdakı linkdə faylı yükləməklə tanış olmaq mümkündür (economics.com.az).

 AMEA İqtisadiyyat İnstitutunun 2018-ci ildəki elmi-təşkilati fəaliyyəti haqqında hesabatı (yüklə)