Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsi ayrılacaq

  • Oxunub 1001 dəfə

 AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli iclasında AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin torpaq sahəsindən daha səmərəli istifadə haqqında” qəbul etdiyi qərara uyğun olaraq, 14 dekabrdakı növbəti iclasında “AMEA əməkdaşlarının bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması qaydaları”nı təsdiq etmişdir.

 Qərara əsasən Kompleksin istifadəsində olan torpaq sahəsindən AMEA-nın bağçılıq-bostançılıqla məşğul olmaq istəyən əməkdaşlarının hər birinə iki il müddətinə 10 sot torpaq sahəsinin verilməsi nəzərdə tutulmuşdur.  Bu qərara uyğun olaraq, həmin torpaq sahəsindən istifadə etmək istəyən, ailə üzvlərinin tərkibinə görə torpağı əkib-becərməkdə səriştəsi olan və 5 ildən az olmayaraq İnstitutda çalışan əməkdaşlar ərizə ilə İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatına müracət edə bilərlər. Müraciət edən əməkdaşların sayından və İnstitut üçün ayrılan torpaq sahəsindən asılı olaraq, sonrakı seçimdə əməkdaşın və ailəsinin başqa göstəriciləri də nəzərə alınacaqdır.

 AMEA Rəyasət Heyətinin müvafiq qərarı və həmin sahələrdən müvəqqəti istifadə qaydaları təsdiq olunub. Qaydalarla aşağıdakı linkdə tanış ola bilərsiniz (economics.com.az).

 “AMEA əməkdaşlarının bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması qaydaları”