Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun dissertanturasına qəbul üzrə müsabiqə keçirildi

  • Oxunub 879 dəfə

 AMEA İqtisadiyyat İnstitutunun 2018-ci il üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları üzrə dissertanturasına qəbul üzrə müsabiqə keçirilmişdir. İmtahanların keçirilməsi üçün İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi, prof. Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, prof. Müşfiq Atakişiyev, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və dos. Gülsurə Mehdiyevanın üzvlüyü ilə imtahan komissiyası yaradılıb.

 Yanvarın 16-da iddiaçıların və müvafiq imtahan komissiyasının üzvlərinin iştirakı ilə fəlsəfə doktoru üzrə dissertanturaya müsabiqə keçirildi. Müsabiqəyə 7 yerə qarşı 10 nəfər qatılmışdı. Nəticələrə əsasən ayrılmış bütün yerlərə qəbul aparılıb.

 Yanvarın 17-də isə elmlər doktoru proqramı üzrə dissertanturaya müsabiqə keçirildi. Müsabiqəyə 8 yerə qarşı 10 nəfər qatılmışdı. İmtahan komissiyasının qərarına əsasən cəmi 6 yerə qəbul aparıldı, digər iddiaçıların doktorluq işi yazmağa hazırlıq səviyyəsi komissiyanı qane etmədiyindən ayrılmış 2 yer boş qaldı.

 Yanvarın 18-də isə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənni üzrə test üsulu ilə qəbul imtahanı keçiriləcək. İmtahanın nəticələri dərhal açıqlanacaq (economics.com.az).