Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Doktoranturaya ixtisas fənləri üzrə qəbul imtahanı keçirilib

  • Oxunub 930 dəfə

 Yanvarın 18-də AMEA İqtisadiyyat İnstitutunda müvafiq ixtisas fənləri üzrə fəlsəfə doktorluğu üzrə doktoranturaya test üsulu ilə qəbul imtahanı keçirilmişdir.  İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrlik etdiyi imtahan komissiyasına prof. Akif Musayev, prof. Gülşən Yüzbaşıyeva, prof. Müşfiq Atakişiyev, i.e.d. Fuad Qənbərov, i.f.d. Allahyar Muradov, i.f.d. Rəsmiyyə Abdullayeva və dos. Gülsurə Mehdiyeva daxildirlər.

  İmtahanda doktoranturaya sənəd verən 10 nəfərdən  8-i iştirak edib. İmtahandan dərhal sonra nəticələr açıqlanıb, qeyri-kafi qiymət alan olmayıb, bütün iştirakcılar növbəti imtahanlara qatılacaqlar. Onlar daha iki fəndən – xarici dildən və fəlsəfədən də imtahan verəcəklər. Həmin imtahanlardan sonra ümumi nəticələrə əsasən doktoranturaya qəbul olanların adları məlum olacaq.

Xatırladaq ki, 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə İqtisadiyyat İnstitutuna doktoranturaya qəbul üzrə 5 yer ayrılıb (economics.com.az).