İqtisadiyyat İnstitutunun sabiq elmi işçisi şikayətini təkzib etdi
- Oxunub 1207 dəfə
"Təzadlar"a AMEA-nın İqtisadiyyat İnstitutunun "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin sabiq elmi işçisi Danyalova Bəxtinaz Şahmərdan qızının müraciəti daxil olub. Müraciətdə deyilir:
"Hörmətli redaksiya!
Sizə 15 yanvar 2019-cu il tarixində yazdığım ərizədə AMEA İqtisadiyyat İnstitutunda keçirilən müsabiqənin nəticələrindən şikayətimi bildirmişdim. 2018-cı il iyun ayının 22-də Elmi Şurada iddia etdiyim elmi işçi vəzifəsinə seçilmək üçün keçirilən gizli səsvermənin nəticələrindən məyus olsam da, səsvermədə hər hansı qayda pozuntusu olduğunu deyə bilmərəm. Elmi Şuranın müsabiqə haqqında nəticələrinin AMEA İctimai Elmlər Bölməsində təsdiq olunmasını gözləmədən 15 oktyabr 2018-ci il tarixdə institut direktorunun adına yazdığım ərizə əsasında, onun 15 sentyabr 2018-ci il tarixində verdiyi müvafiq Əmrlə işdən azad olunmuşdum. Bunu müsabiqənin sonrakı mərhələsində həmin vəzifəyə təkrar iddia etmək naminə etmişdim və onun sonrakı nəticələri haqqında fikirləşməmişdim. Belə ki, təkrar müsabiqənin keçirilməsi 6 aydan artıqdır ki, təxirə salınıb və hazırda maddi vəziyyətim çox acınacaqlıdır. Heç bir yerdən gəlir mənbəyim yoxdur, pensiya yaşıma isə 2 il qalıb, son 4-5 ayda xeyli borca düşmüşəm, çıxılmaz maddi vəziyyətim ucbatından xeyli stres yaşamışam.
Belə dözülməz vəziyyətimdə bəzən instituta da baş çəkirdim və bir gün institutun keçmiş əməkdaşı Dağbəyi Allahverdiyevlə rastlaşdım. O, işə bərpa olunmağımın ancaq yuxarı instansiyalara şikayətlər, mətbuatı bu işə cəlb etmək yolu ilə mümkün olduğunu və bu işdə mənə kömək edəcəyini də bildirdi. Mən həmin vaxt elə bir çaşqınlıq və çıxılmaz vəziyyətdə idim ki, kömək edəcək istənilən şəxsə inanırdım. Bundan sonra D.Allahverdiyev hər gün mənə dəfələrlə (6-7 həftə ərzində) zənq edərək yazdığım şikayətləri daha da sərtləşdirməyi, institut rəhbərliyinə, şəxsən direktor N.İmanova qarşı daha ciddi ittihamlar və böhtanlar səsləndirməyi məsləhət gördü və hətta bu ifadələrin əksəriyyətini şəxsən özü mənim əvvəllər yazdığım adi ərizəyə (o ərizə N.İmanova da yazılmışdır) quraşdıraraq mənim heç bir əlaqəm olmadığı “Təzadlar” qəzetinin redaksiyasına təqdim etdi. Həmin vaxt həqiqətən elə bil ki, hipnoz altında idim və bundan sonra onun təkliflərindən imtina edə bilmirdim. Sonra o, məni başqa saytlara, media qurumlarına yönəltdi və orada da D.Allahverdiyevin redaktə etdiyi və özü quraşdırdığı “müraciətlərdə” yazılanları təkrarlamaqda davam etdim.
Bundan sonra o mənim həm də Səbail Rayon Məhkəməsinə müraciət etməyimi məsləhət gördü və şəxsən özü məni məhkəməyə qədər müşayiət etdi. Təbii ki, mən həyatımda birinci dəfə Məhkəməyə müraciət edirdim və bu gün bütün bu proseslərin xəcalətini çəkməkdəyəm. Çünki məndən xəbərsiz müracətlərimə quraşdırılan əlavələr saxta, yalan və iftiralar idi. Çəkdiyim vicdan əzabının və məyusluğumun təsirindən, artıq “üzrxahlıq ərizəsi” ilə AMEA İqtisadiyyat İnstitutunun direktoru professor Nazim İmanova da müraciət edib “bütün saxta, yalan yazı və deyilənlərə” görə ondan üzr istəyərək məni bağışlamasını rica etmişəm. Artıq Səbail Rayon Məhkəməsinin 15 fevral tarixində keçirilən hazırlıq iclasında məhkəməyə şikayət ərizəmdən də rəsmi olaraq imtina etmişəm.
Obyektivlik və ədalət naminə deməliyəm ki, institutun direktoru professor N.İmanova, direktor müavini A.Muradova, elmi katib R.Abdullayevaya, müsabiqənin yekunlarını gizli səsvermə ilə təsdiq etmiş Elmi Şura üzvlərinə, mənə həmişə yardımçı olmuş Həmkarlar Təşkilatının sədri T.Paşaya qarşı heç bir iradım və incikliyim yoxdur. Şəxsən direktor N.İmanovun son illərdə institutda apardığı məqsədyönlü islahatların müsbət nəticələrini, İqtisadiyyat İnstitutunun elmi ictimaiyyət və ölkənin müxtəlif idarəetmə qurumları tərəfindən ciddi tədqiqat mərkəzi kimi artan nüfuzunu danmaq mümkün deyildir.
Mənim sizə yazdığım ərizədə yeganə məqsədim işə bərpa olunmağıma kömək etməyiniz olub. Bütün bunları nəzərinizə çatdırmaqla, vaxtınızı aldığım üçün sizin hər birinizdən üzr istəyirəm və xahiş edirəm ki, baş verənlərə qiymət verərkən mənim yazdıqlarımı nəzərə alasınız".
"Təzadlar", 2 mart 2019-cu il