Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

  • Oxunub 927 dəfə

 AMEA İqtisadiyyat İnstitutunda AMEA İqtisadiyyat İnstitutunun Qadınlar Şurası və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.

 Tədbiri giriş sözü ilə açan Qadınlar Şurasının sədri, i.e.d., professor Rəna Sultanova qadınların cəmiyyətdəki rolundan, elmi-pedaqoji sahədə çalışan qadınların fəaliyyətindən, nailiyyətlərindən, ölkəmizdə qadınlara göstərilən dövlət qayğısından danışdı, bayram münasibətilə bütün xanımları təbrik etdi.  

 Tədbirdə iştirak edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov, AMEA İqtisadiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri Tanrıverdi Paşa qadınları təbrik edərək, onlara xoş arzularını çatdırıblar.

 Sonra İnstitutun Qadınlar Şurası və Həmkarlar Təşkilatının adından xanım əməkdaşlara bayram hədiyyələri təqdim olunub (economics.com.az).