Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

Professor Tərbiz Əliyev beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

  • Oxunub 810 dəfə

 Aprelin 26-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Dayanıqlı İnkişaf Məqsədləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

  Məqsəd davamlı inkişaf məqsədlərinə uyğun olaraq cəmiyyətin yeniləşməsində və inkişafında  elmin, iqtisadiyyatın, sosial institutların, həmkarlar ittifaqlarının rolunun artırılması istiqamətində təkliflər irəli sürmək, kreativ yanaşmaları dəstəkləmək,  yeni çağırışları müzakirə etmək, əldə olunan bilikləri geniş təbliğ etməkdən ibarətdir.

Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru, professor Hüseyn Qaraşov giriş sözü ilə açaraq dayanıqlı inkişaf məqsədlərindən, ölkəmizdə bu məqsədlərə nail olmaq üçün həyata keçirilən tədbirlərdən danışıb. Plenar iclasda AMEA Fəlsəfə İnstitutunun Davamlı inkişafın fəlsəfəsi şöbəsinin müdiri, professor Sakit Hüseynov “Davamlı inkişaf konsepsiyasının meydana gəlməsi və nəzəri-fəlsəfi mahiyyəti”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, AMEA-nın müxbir üzvü İslam Mustafayev “Davamlı inkişaf və ətraf mühitin mühafizəsi”, AMEA İqtisadiyyat İnstitutunun “Sahibkarlıq və inhisarçılığın tənzimlənməsi problemləri” şöbəsini müdiri, i.e.d., professor Tərbiz Əliyev “Davamlı  iqtisadi inkişafda klasterlərin rolu”, TİKA-nın nümayəndəsi (Türkiyə) dayanıqlı inkişafın məqsədlərinə doğru Türkiyədə aparılan islahatlar,  BMT-nin qlobal saziş proqramının Azərbaycan üzrə nümayəndəsi, fəlsəfə doktoru Xəyalə Məmmədovanın “Birləşmiş Millətlər Təşkilatının qlobal sazişi, dayanıqlı inkişaf məqsədlərinə doğru və layiqli əməyin təbliği” mövzusunda maraqlı məruzələri dinlənilib.

 Məruzələr ətrafında müzakirələr aparılıb. Müzakirələrdə 5 xarici dövlətin, Azərbaycanın  29 elm və təhsil müəssisəsinin 86 nümayəndəsi cıxış edib, maraqlı təkliflər səsləndirilib. Sonda konfrans iştirakçılarına, o cümlədən professor Tərbiz Əliyevə sertifikat təqdim olunub (economics.com.az).