Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

İqtisadiyyat İnstitutunun futbol komandası finala çıxdı

  • Oxunub 967 dəfə

 Aprelin 22-dən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının (AHİ) dəstəyilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan Gənc Alim və Mütəxəssislərin VI İnstitutlararası Futbol Çempionatı keçirilir. 22 aprel - 15 may tarixlərində 16 komandanın iştirakı ilə keçirilən oyunlar AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə edilir. 

 Yarışlarda AMEA İqtisadiyyat İnstitutunun futbol komandası uğurlu çıxış edir. Mayın 9-da AMEA Neft-Kimya Prosesləri İnstitutunun komandası ilə yarım final oyununa çıxan komandamız 2:1 hesabı ilə qalib gəlib. Beləliklə də bu qələbə sayəsində finala yüksələn İqtisadiyyat İnstitutunun futbol komandası qızıl medallar uğrunda oyuna çıxacaq. 

   Xatırladaq ki, komandamız əvvəlki oyunlarda AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin komandasına 3:1, AMEA Şamaxı Astrofizika Rəsədxanasının komandasına 11:5, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun komandasına 5:0,  AMEA Memarlıq və İncəsənət İnstitutunun komandasına 5:0 hesabı ilə qalib gəlmişdi.

 Komandamızı təbrik edir və növbəti oyunlarda da qələbə arzulayırıq!