AMEA İqtisadiyyat İnstitutunun alimlərinin yeni monoqrafiyaları nəşr olunacaq
- Oxunub 697 dəfə
Mayın 10-da AMEA İqtisadiyyat İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun direktoru, professor Nazim Müzəffərlinin (İmanov) sədrliyi ilə baş tutan toplantıda bir sıra məsələlər müzakirə olundu. Elmi Şuranın üzvləri İnstitutun əməkdaşları Yelena Beqdayevanı 55, Yunus Sadıqovu 60 illik yubileyləri münasibətilə təbrik etdilər.
İclasda İnstitutun elmi katibi i.f.d., dos. Rəsmiyyə Abdullayevanın təqdimatı əsasında AMEA-nın müxbir üzvü, professor Əli Nuriyevin 80 illik yubileyinin keçirilməsi məsələsi müzakirə olundu və bununla bağlı AMEA-nın İctimai Elmlər Bölməsi qarşısında vəsadət qaldırılması barədə qərar qəbul edildi.
Elmi Şurada gizli səsvermə yolu ilə İnstitutun şöbə müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərovun “AMEA-nın professoru” elmi adına namizədliyinin irəli sürülməsi məsələsi təsdiq olundu.
İclasda gizli səsvermə yolu ilə “İqtisadi tədqiqatların riyazi təminatı” şöbəsinin aparcı elmi işçisi, r.f.d. Rəvanə Davudovaya dosent elmi adının verilməsi barəsində də qərar qəbul edildi.
Elmi Şuranın qərarı ilə AMEA İqtisadiyyat İnstitutunun tədqiqatları əsasında hazırlanmış “İS(S)İ – 2017: Dünya ölkələrinin iqtisadi modellər üzrə təsnifatı” adlı monoqrafiya (Azərbaycan, rus, ingilis dillərində), i.e.d., prof. Akif Musayev, i.f.d. Aygün Musayeva, i.f.d., dos. Yaşar Məmmədovun “Gəlir vergisi” adlı monoqrafiyası (elmi redaktor: i.f.d., dos. Əlövsət Əliyev; rəyçilər: i.e.d., prof. Vahid Novruzov və i.e.d., prof. Müşviq Atakişiyev) və i.e.d. Fuad Qənbərovun “Məzənnə siyasəti: yeni çağırışlar və imkanlar” adlı monoqrafiyasının (elmi redaktor: i.e.d., prof. Əvəz Ələkbərov; rəyçilər: i.e.d. Mübariz Bağırov və f.f.d., dos. Mayis Gülalıyev) çapa tövsiyə edildi (economics.com.az).