Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun alimləri Pekində keçirilən forumda çıxış ediblər

  • Oxunub 944 dəfə

 Mayın 14-də Çin Sosial Elmlər Akademiyası (ÇSEA) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşkilatçılığı ilə Çinin paytaxtı Pekində keçirilən “Çin və Azərbaycan tərəfdaşlığı: yeni imkanlar və yeni çağırışlar” mövzusunda forumda Azərbaycan alimlərinin məruzələri dinlənilib.

  Konfansda AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli “Ölkələrin iqtisadi modellər üzrə təsnifləşdirilməsi”, İnstitutun elmi katibi, i.f.d., dosent Rəsmiyyə Abdullayeva “Azərbaycanda sosial müdafiə sisteminin dövlət tənzimlənməsi”, şöbə müdiri, i.f.d. Leyli Allahverdiyeva “Şəbəkə hazırlığı indeksi: xarici ticarətin liberallıq dərəcəsindən asılılığı və iqtisadi əhəmiyyəti”, aparıcı elmi işçi, dosent Aqil Eyvazov isə “Azərbaycanda iqtisadi islahatlar, biznes mühiti və investisiya imkanları” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

 Qeyd edək ki, tədbirdə ÇSEA-nın alimləri ilə yanaşı Azərbaycandan AMEA-nın prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti Beynəlxalq əlaqələr idarəsinin rəhbəri, dosent Esmira Əlirzayeva da iştirak ediblər (economics.com.az).