Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə qəbul aparılacaq

  • Oxunub 801 dəfə

 Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına 24 ixtisas, 88 ixtisaslaşma üzrə 138 plan yeri təsdiq edilib. Ayrılan plan yerlərindən 103-ü dövlət sifarişli, 35-i isə ödənişli əsaslarladır. Cari ildə ilk dəfə olaraq AMEA-nın magistraturasına ödənişli əsaslarla tələbə qəbulu həyata keçiriləcək.

 AMEA İqtisadiyyat İnstitutunun magistraturasına 4 ixtisas üzrə 4 plan yeri  nəzərdə tutulub. Bunlar İqtisadiyyatın tənzimlənməsi; Təhsil, elm və sosial-mədəni sahənin iqtisadiyyatı; Makroiqtisadi siyasət və Əməyin iqtisadiyyatı ixtisaslarıdır.

 Bu ildən etibarən AMEA-nın magistraturasına qəbul zamanı ixtisaslaşma seçimindən əvvəl keçirilən müsahibə mərhələsi ləğv olunub. AMEA-nın magistraturasına qəbul olmaq istəyən bakalavrlar ümumi qaydada Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən magistraturaya qəbul imtahanının hər iki mərhələsində müsabiqə şərtlərini ödədiyi halda AMEA-nın magistraturasına ayrılan plan yerlərində (əlavə olunur) göstərilən ixtisası seçmək imkanı əldə edəcəklər.

  Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb. İmtahanda 8559 bakalavr iştirak edib. İki mərhələdə keçirilən imtahanın nəticələrinə görə, 1 nəfər ən yüksək nəticə göstərib - 147 bal toplayıb. Xatırladaq ki, toplanıla biləcək maksimal bal 150-dir.İmtahanda iştirak etmiş bakalavrlar mərkəzin İnternet saytında öz nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 7-dən 18-dək internet vasitəsilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.