Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri Fuad Qənbərov “AMEA-nın professoru” seçilib

  • Oxunub 836 dəfə

 “AMEA-nın professoru” adını almaq üçün elan olunan müsabiqədə respublikanın elmi və ali təhsil müəssisələrindən 24 elmlər doktoru iştirak edib. Onların arasından namizədlərin müəyyən olunması üçün AMEA-nın müvafiq elmi bölmələrinin ümumi yığıncaqlarında seçkilər keçirilib və gizli səsvermə yolu ilə seçilmiş namizədlər AMEA Rəyasət Heyətinə təqdim edilib.

 İyulun 17-də AMEA Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə keçirilən seçkinin nəticələrinə əsasən müxtəlif elm sahələrini təmsil edən 13 nəfər, o cümlədən AMEA İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru Fuad Qənbərov “AMEA-nın professoru” adına layiq görülüblər.

 Bu münasibətlə AMEA-nın professoru Fuad Qənbərovu təbrik edir və elmi fəaliyyətində daha böyük uğurlar arzulayırıq!