Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

AMEA İqtisadiyyat İnstitutunun direktoru Çin televiziyasına müsahibə verib

  • Oxunub 990 dəfə

 Xəbər verdiyimiz kimi, sentyabrın 10-12-də Çinin Sian şəhərində Avrasiya İqtisadi Forumu keçirilir. Əsas müzakirə mövzusu "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində ölkələr arasında əməkdaşlıq və inkişaf məsələləri olan forumda iştirak edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli Çin televiziyasına müsahibə verib.

  Direktor bildirib ki, Azərbaycan İpək Yolu ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsini aktiv şəkildə dəstəkləyir. Bu həm də Azərbaycanın coğrafi mövqeyi, Qafqazda nəqliyyat dəhlizinin əsas mərkəzi olması ilə bağlıdır. Çinin təşəbbüsü ilə həyata keçirilən "Bir kəmər, bir yol" layihəsi çərçivəsində Azərbaycan bu ölkə ilə təkcə iqtisadi əlaqələri deyil, həm də elmi-mədəni əməkdaşlığı inkişaf etdirir. Eyni zamanda, AMEA və onun institutları Çinli həmkarları ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurublar ki, AMEA İqtisadiyyat İnstitutu da bu sahədə mühüm rol oynayır.

 Qeyd edək ki, 54 ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə maliyyə, ekologiya, mədəniyyət, turizm, elm və texnika, təhsil, elektron ticarət və s. məsələlər müzakirə edilir (economics.com.az.).