Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 

İqtisadiyyat İnstitutu

az   |   en   |    ru

“Sosial elmlər” jurnalının redaksiya heyətinin yeni tərkibi təsdiq edilib

  • Oxunub 1284 dəfə

 Azərbaycan Milli Elmlər Akademiyasının 17 iyul 2019-cu il tarixli 12/15 nömrəli qərarı ilə AMEA-nın “Sosial elmlər” jurnalı təsis olunmuşdur. Jurnalın fəaliyyətinin təmin edilməsi məqsədi ilə onun redaksiya heyətinin yeni tərkibinin müəyyənləşdirilməsi zərurəti meydana çıxmışdır. Qeyd olunanlarla əlaqədar AMEA-nın İctimai Elmlər Bölməsinin vəsatətini nəzərə alaraq, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə (25 sentyabr 2019-cu il) “Sosial elmlər” jurnalının redaksiya heyətinin tərkibi təsdiq olunmuşdur.

 AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərlinin də daxil edildiyi jurnalın redaksiya heyətinin yeni tərkibi aşağıdakı kimidir: akademik Nərgiz Axundova (baş redaktor), akademik Yaqub Mahmudov (baş redaktorun müavini), tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafarzadə (məsul katib), akademik İsmayıl Hacıyev, akademik Nailə Vəlixanlı, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın müxbir üzvü Zəhmət Şahverdiyev, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə, iqtisad elmləri doktoru, professor Nazim İmanov, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, hüquq elmləri doktoru Aytən Mustafazadə, tarix elmləri doktoru Məryəm Seyidbəyli, tarix elmləri doktoru Nəcəf Müseyibli, hüquq elmləri doktoru Ayxan Rüstəmzadə, antropologiya elmləri doktoru Əliağa Məmmədli (economics.com.az).